Polkovnik: “Füzuli Beynəlxalq Hava limanında DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcək”

img

05-09-2021 [13:31]


“Füzuli Beynəlxalq Hava limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytnant Rəşad Məşədiyev bildirib:

"Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq çox qürurvericidir. Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür".

Qeyd edək ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında tarixi hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA