GENERALIN VƏKİLƏ HÜCUM EDƏN OĞLU ÖLKƏNİ TƏRK EDİB: "Polisdən dedilər ki..."

img

03-09-2021 [17:51]


21 il öncə Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib.

Mia.az-ın xəbərinə görə, bu barədə mərhum Elçin Əliyevin ailəsinin vəkil Elçin Sadıqov məlumat verib.

O, polis şöbəsi ilə əlaqə saxladığını, Telman Əkbərovun ona hücum etməsi faktı ilə bağlı şikayətinin araşdırılması ilə maraqlandığını deyib.

Bu zaman məlum olub ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman Əkbərov 2 sentyabr 2021-ci il tarixdə ölkəni tərk edərək Türkiyəyə getdiyi üçün onun dindirilməsi hələ mümkün olmayıb.

Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum edərək xəsarət yetirdiyini bildirib.(Yeni Sabah)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA