GƏNCƏDƏ 3 PEŞƏ MƏKTƏBİ VƏ LİSEYİNDƏ MƏNİMSƏMƏ: 4 maddə ilə cinayət işi açıldı

img

03-09-2021 [15:59]


Gəncədə Peşə Leseyi və məktəblərində mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.

Mia.az prokurorluğa istinadla bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılmaqla, həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən edilməsi barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə şəhər prokurorluğuna göndərilib:

"Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə ümumilikdə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanılmışdır.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA