Bakıda neft qiyularından 600 min dollar dəyərində avadanlıqlar oğurlanıb - 3 nəfər saxlanıldı

img

03-09-2021 [15:17]


Bakıda neft quyularından oğurluq edilib.

Mia.az DİN-ə istinadla xəbər verir ki, , Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR