Neft qiymətləri sabitləşir

img

03-09-2021 [11:40]


Həftənin əvvəlindən indiyədək “Brent” markalı neftin 12 %, "WTI" markalı neftin isə 10 % bahalaşmasından sonra bu gün dünya bazarlarında neft qiymətləri çox zəif dinamika nümayiş etdirir.

Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti əvvəlki sessiyanın 73,03 ABŞ dolları səviyyəsində qalıb. "WTI" neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,19 % ucuzlaşıb və 1 bareli 69,86 ABŞ dolları təşkil edib.

Bu səviyyədə qiymət artımına “İda” qasırğasının Luiziana ştatının ərazisində 9 yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə təsir göstərməsi səbəb olub. Hazırda qasırğa tropik depressiya səviyyəsinədək zəifləyib.

Bundan başqa, qasırğadan sonra ABŞ Meksika körfəzində neft hasilatını bərpa edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR