"Bu cəhdlər tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq" - "Bu, Ermənistanı səfalətə sürükləyir"
02-09-2021 [20:04]
"Ermənistan Baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin 2 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Daha sonra bildirilib ki, Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir:
"Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.
Ermənistan hələ 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürmüş və təcavüzkar separatçılığı dəstəkləmişdir. Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.
Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər.
Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər.
Bu və digər faktları, Ermənistanın əsassız və destruktiv mövqeyini, beynəlxalq təşkilatların qərarlarını uzun illər ərzində dəfələrlə rəsmi bəyanatlarımızda səsləndirdik. Onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirdik. Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.
Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir".
"Fələstin dövləti qurulmayacaq" - Netanyahu müsəlman ölkələrin HƏMAS-a təzyiqə başladığını deyir
Aparıcı Dənizkənarı Bulvar İdarəsində vəzifə təyin olunub
Bakıda məktəbdə şagirdi lüt soyundurublar? - QALMAQAL + VİDEO
Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
Dövlət sərhədimizi pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama
Çempionlar Liqası: II turunun oyunları başlayır
Selcuk İnan: "Gərgin atmosferin nəticələrini dərhal yaşadıq"
Ərdoğan: "Trampın liderliyini təqdir edirəm"
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə - Xəbərdarlıq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?