“Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində..." - Kamran Əliyev

img

01-09-2021 [15:00]


“Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən cinayətlər bizim nəzarətimizdədir”.

Bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, prosesləri diqqətlə izləyirlər: “Belə hallar olursa, tərəfimizdən cinayət işi başlanması təmin edilir və ediləcək. Çünki ora Azərbaycan ərazisidir və zərurət yarandığı halda, hüquqi mexanizmləri tətbiq edirik və edəcəyik”.

Baş prokuror Ermənistan rəsmilərinin Qarabağa səfərlərinə də münasibət bildirib: “Belə hallarla bağlı müxtəlif səviyyələrdə danışıqlar gedir. Bu məsələlərlə bizim aidiyyəti qurumlar məşğul olur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA