Nazir bölmə rəisi təyin edib

img

01-09-2021 [11:09]


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb/Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA