Sahil Babayev keçmiş xidmət rəisinə yeni vəzifə verdi

img

31-08-2021 [10:58]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin sabiq müdiri Çingiz Əliyev yeni vəzifəyə təyin olunub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Çingiz Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, Çingiz Əliyev həbsdə olan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın kadırı kimi tanınıb. Keçmiş nazirin dövründə Dövlət Sosial Təminat Xidmətinin rəisi olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA