Ərdoğan: "Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu"

img

29-08-2021 [20:27]


Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

"Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq. Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu. Biz Türkiyəni pilotsuz qırıcı texnologiyaları sahəsində lider etməyə tam qətiyyətliyik", - Tekirdağda pilotsuz uçuş aparatının təqdimatı mərasimində çıxış edən Ərdoğan deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA