Mikayıl Cabbarov fonda sədr əvəzi təyin etdi

img

25-08-2021 [12:42]


Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.

Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişaf Fondu İdarə Heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Osman Xalıyevə həvalə edilib.

Osman Xalıyev həmçinin İdarə Heyəti sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Osman Xalıyev 2019-cu ilə Kənan Nəcəfovun icraçı direktor olduğu "Yeni Kapital" şirkətində məsləhətçi vəzifəsini daşıyıb. Daha əvvəl Osman Xalıyev Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestr xidmətində çalışıb/Qaynarinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR