SOCAR-ın qaz ehtiyatı 101 milyard 449 milyon tona çatıb

img

23-08-2021 [14:39]


2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 % artaraq 101 milyard 449 milyon ton təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətininn (SOCAR) 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən qaz ehtiyatları 46 milyard 892 milyon ton (illik müqayisədə 8,5 % az), istehsala daxil edilməyən qaz ehtiyyatları 3 milyard 509 milyon ton (13,4 % az), işlənmiş qaz ehtiyyatları 50 milyard 401 milyon ton (8,9 % az), işlənməmiş qaz ehtiyyatları isə 51 milyard 049 milyon ton (15,6 % çox) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA