Rəqəmsal manata keçid: bu, necə olacaq? - VİDEO
22-08-2021 [00:10]
Azərbaycanda rəqəmsallaşmanın tam həyata keçirilməsi ilə elə birinci il ümumi daxili məhsulda təxminən 20 faizə bərabər sıçrayışa nail olmaq mümkündür.
Mia.az-ın məlumatına görə, bu fikrin müəllifi professor Saleh Məmmədov Real TV-yə müsahibəsində bildirib ki, rəqəmsallaşmanın gerçəkləşdirilməsi ölkədə kreditləşdirmə imkanlarını yüksəldəcək, bu da öz növbəsində iqtisadi artıma səbəb olacaq:
«Bu gün hesablaşmalarımızın hardasa 40 faizi nağd qaydada həyata keçirilir. Və cəmi 14 milyard dollara yaxın kredit verə bilirik. Kredit də bir inkişaf mənbəyidir, Biri kredit alır ki, inkişafa yatırsın və bir nəticə əldə edə bilsin. Bu inkişafı əldə eləmək üçün pul lazımdır. Pul üçün biz banklara müraciət edirik. Banklar da deyir ki, gəl, 20 faizdən 30 faizə kimi sənə kredit verim. Amma bu tərəfdən baxırsan, 14-15 milyard manat kredit Azərbaycan üçün heç nədir. Müqayisə üçün Sinqapur - ən cırtdan dövlətdir. İldə 1 trilyon dollara yaxın kredit verir - ölkəsi üçün, inkişafı üçün. 1 trilyon resurs Azərbaycana daxil olsa, artım gəlib 100 faizi keçər. Çünki Azərbaycan əhalisi çox aktiv və işgüzar camaatdır, hər yerdən pul çıxara bilir».
Professorun sözlərinə görə, Azərbaycanda həddindən böyük resurslar var, amma onlardan istifadə çox aşağıdır. 15 milyrad manata yaxın kreditləşdirmə Azərbaycanın ümumi daxili məhsulunun 20 faizindən də aşağı göstəricidir:
«Amma Amerika, Cənubi Koreya, Hollandiya, Avropa İttifaqı kimi inkişaf etmiş bazarları götürsək - borclar ümumi daxili məhsuldan 2-3 dəfə çoxdur. Elə ölkələr var ki, 50-60 dəfə çoxdur. Bu ölkələr borclar hesabına yaşayır. Bizdə isə o resurslar var, hətta öz resurslarımız var. Ölkənin yüksək reytinqi hətta başqa yerlərdən cəlb etməyə imkan verir. Amma istifadə sıfır vəziyyətindədir. Resursları mən hesablamışam. Azərbaycanın daxili resursları, kənardan resurs cəlb etməməklə, 150-160 milyard manatdır. Ondan cəmi 14,5 milyard manat istifadə edirilir. Bu resurslar ya bu və ya digər formada xaricə ötürülür, ya da ölkənin içərisində sandıqlarda, evlərdə saxlanır».
Onun sözlərinə görə, rəqəmsallaşdırma, yəni rəqəmsal manata keçid bütün bu pulların hamısını əlçatar edəcək. Çünki artıq nağd pul saxlamaq imkanı olmayacaq, insanlar məcburən vəsaitlərini banklara qoymalı olacaqlar. Nəticədə, banklar faizləri Avropa ölkələrində olduğu kimi 1-2 faizə salacaq. Slaeh Məmmədov düşünür ki, rəqəmsal manatı işə salan kimi elə ilk ildə ümumi daxili məhsulda 20 faiz artım əldə ediləcək. Yəni bu gün bütün dünyada finansallaşma prosesi gedir. Bu, ümumi sərmayə yatırımlarında borc vəsaitlərindən, yəni beynəlxalq maliyyə qaynaqlarının vəsaitlərindən istifadə prosesidir və Azərbaycan da bu prosesə qoşulmalıdır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı da rəqəmsal manatın yaradılması üzrə işlər görüldüyünü bəyan edib. Bir neçə ay qabaq mətbuatda açıqlama ilə çıxış edən Mərkəzi Bank ilkin olaraq rəqəmsal manat üçün infrastrukturun yaradılması üzrə işlərə başlandığını bildirib. Təbii ki, müxtəlif haker müdaxilələrin geniş yayıldığı indiki zamanda əsas önəmli məsələlərdən biri rəqəmsal manatın təhlükəsizliyidir.
Azərbaycan manatının dövriyyəyə daxil edildiyi 1992-ci ildə maliyyə naziri olmuş Saleh Məmmədov öz təcrübəsindən danışır:
«Çox problemlər çıxdı onda. Təhlükə çox böyükdür. Bu günkü proqramlaşma dövründə, rəqəmsal dövrdə bu hipertəhlükəsizlik məsələsi daha ciddidir. Bu cür proseslər iki hissədən ibarətdir - həm texnologiya, həm də proqram təminatı. Bu proqram təminatını kim yazırsa, o prosesin atasıdır. Və daima o proqramı dəyişə bilər. O proqramı istifadə edə bilər. İndi bizim əsas məqsəd - əsas vacib amil ondan ibarətdir ki, bizim milli, öz xalqımız, öz mütəxəssislərimiz tərəfindən hazırlanmalıdır ki, o hipertəhlükəsizlik məsələləsini həll edəsən. Bunun üçün də kadrlar lazımdır».
Saleh Məmmədovun sözlərinə görə, rəqəmsal manatın qorunması maliyyə mühəndisliyi elminin vacib elementidir. Maliyyə mühəndisliyi üzrə kadrlar ilk dəfə olaraq 1998-ci ildə ABŞ-ın Kolumbiya Universitetində hazırlanmağa başlayıb. Daha sonra Universitet magistr və doktorlar da hazırlamağa başlayıb. Bundan sonra bu ixtisas dünyanın bütün Universitetlərində keçilib. Maliyyə mühəndisliyi ixtisasında blokçeyn texnologiyaları, rəqəmsal valyutaların buraxılması, onların dvriyyəsi kimi çox önəmli fənlər tədris edilir. Professor düşünür ki, bu ixtisas Azərbaycan ueniversitetlərində də tədris olunmalıdır ki, milli rəqəmsal valyutamızın qorunmasını təmin edən milli kadrlarımız olsun.
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub