Daha 3 obyektdə qaydalar pozulub

img

20-08-2021 [16:21]


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 19-də ölkə üzrə 269 ictimai iaşə obyektində 449 monitorinq keçirilib və müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov 40 ünvanında yerləşən, fiziki şəxs Yusifova Fidan Şahin qızına məxsus “Gastrobar” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında ‎yerləşən, fiziki şəxs Xəlilov Gülabi Vaqif oğluna məxsus “Palma” kafesi;

3. Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən, fiziki şəxs Sədiyev Əfqan Abdulla oğluna məxsus kafe.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA