Baş Prokurorluqdan lizinq yolu ilə maşın alanlara - Xəbərdarlıq

img

18-08-2021 [15:51]


Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət edib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir:

"Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər.

Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Baş Prokurorluq xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir!"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA