Azərbaycan və Türkiyənin birgə istehsalı: "Kurtlar Vadisi"nin "Ərhan"nın baş rol aldığı filmin çəkilişi yekunlaşıb

img

06-08-2021 [17:33]


"Nisan" filminin bir müddət əvvəl Bakıda başlayan çəkilişləri yekunlaşıb.

Mia.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında filmin təqdimat mərasiminin sentyabrda olacağı bildirilib.

İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə məxsus olan layihədə Azərbaycan və Türkiyədən tanınmış isimlər yer alıblar.

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialından tanıdığımız Erhan Ufakın (Erhan Güllü) baş rol aldığı filmdə sevənləri Güllü Erhanı tamam fərqli bir xarakterdə görəcəkləri üçün günləri saymağa başlayıblar.

Əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova filmin digər baş rol aktyorudur. Bildirilib ki, çəkilişlərin ardından Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi gözlənilir.

Filmdə Azərbaycanın tanınmış aktyorları Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Elmira Qocayeva, Vurğun Həsənov və Novruz Cəfərov da yer alıblar.

Qeyd edək ki, film Azərbaycanın "Sənət akademiyası" təhsil mərkəzinin və Türkiyənin "Eslem" Film Yapım şirkətinin ortaq layihəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR