“Aqroservis” ASC-nin zərəri 60 milyonu ötüb

img

04-08-2021 [17:09]


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2020-ci ili 60,985 milyon maant zərərlə başa vurub.

ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Aqroservis”in vergiyəqədərki zərəri 81,442 milyon manat (illik müqayisədə 3,75% çox) olub/Report

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı