Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu BP-dən SOCAR-a ötürülüb
02-08-2021 [10:21]
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun “BP Exploration (Shah Deniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi başa çatıb.
Mia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, bu kəmər təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin 4 seqmentindən biridir.
Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə “SOCAR Midstream Operations Limited” razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq ediblər.
SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, SOCAR-ın beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik”.
“SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov demişdir: “Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib: “Biz dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyuruq. CQBK Cənubi Qaz Dəhliznin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq”.
CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8%), TPAO (19%), AzSCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin təxribatçı sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək