Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a yenə uduzub

img

28-07-2021 [22:58]


Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi" Yunanıstanın "Olimpiakos"u ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, komandamız səfərdə olduğu kimi, yenə də minimal hesabla uduzub: 0:1

Bununla da “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb.

"Flaqman" bundan sonra yoluna Avropa Liqasında davam edəcək.

Paytaxt təmsilçisi III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq. Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR