Qarabağda həbs edilən erməni cinayətkarlara 20 il cəza tələb olundu - Məhkəmə prosesi

img

28-07-2021 [16:09]


Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Mia.az Report-a istinadla bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istinaqı yekunlaşıb.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyənləşdirilməsini tələb edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR