SOCAR-ın idarə rəisi vəzifəsindən azad edilib

img

28-07-2021 [14:35]


Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

Bu barədə məlumatı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə görə, V.Əliyev öz ərizəsi ilə vəzifəsindən çıxarılıb.

Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi üçün də ərizə ilə müraciət edib. V.Əliyevin yerinə hələ ki, təyinat olmayıb/oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR