Aqrar, eko-turizm sahəsində işləyən sahibkarlar Türkiyə təcrübəsini öyrəniblər - FOTO
27-07-2021 [12:30]
Cənub bölgəsində fəaliyyət göstərən aqrar, eko-turizm məntəqələrinin sahibləri Türkiyənin İzmir bölgəsində təhsil turunda iştirak ediblər
***
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar, eko-turizm məntəqələrinin sahibləri (və ya nümayəndələri) 05-10 iyul tarixlərində Türkiyənin İzmir bölgəsində təhsil turunda iştirak ediblər.
Mia.az xəbər verir ki, turun əsas məqsədi azərbaycanlı iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Azərbaycanda seçilmiş turizm məntəqələrinin şəraitləri və imkanları ilə mümkün qədər uyğun olan, lakin daha yüksək inkişaf səviyyəsinə çatan aqrar, eko-turizm təsərrüfatları müəyyənləşdirilmişdi. Ümumi olaraq iştirakçılar aqrar, eko-turizm təsərrüfatlarıbın inkişaf strategiyaları haqqında məlumat əldə ediblər, struktur və turizm xidmətlərinin göstərilməsini yerində müşahidə edərək birbaşa həmkarlarından öyrəniblər.
Təhsil turunun ilk günündə iştirakçılar əsas fəaliyyəti şərabçılıq və bağçılıq olan "Urla Şərabçılıq" aqrar turizm məntəqəsinə səfər ediblər. Səfər zamanı onlar müəssisənin tarixi və fəaliyyəti haqqında məsul şəxslərdən məlumat alıblar və öz suallarını verbilər. Proqramın növbəti hissəsində turizm məntəqəsi tərəfindən şərab dadma xidməti təşkil olunub və iştirakçılara müxtəlif şərablar barədə qısa məlumatı özündə əks etdirən təqdimatlar edilib. Sonda turizm məntəqəsinin yaxınlığında yerləşən botanika bağına səfər təşkil olunub. Bu səfər zamanı iştirakçılar bağ və oradakı bitkilər barədə məlumatlandırılmış, onları maraqlandıra biləcək bitki növlərinin satışı təklif olunmuşdur.
Təhsil turunun ikinci günündə iştirakçıların aqrar,eko-turizm xidməti göstərən “Değirmen” Restoran və Təsərrüfat müəssisəsinə səfəri təşkil olunub. Tur proqramının ilk mərhələsində iştirakçılar təsərrüfat daxilində yerləşən zeytun yağı muzeyi və zeytun yağı istehsalı haqqında eksponatlarla tanış olublar. Daha sonra müəssisə rəhbərinin müavini tərəfindən iştirakçılar fermer təsərrüfatı və atçılıq barədə məlumatlandırılmış, təsərrüfatda olan quşlar, heyvanlar və bitkilər onlara ferma daxili tur vasitəsilə nümayiş olunmuşdur. Sonda “Değirmen” MMC sahibi xanım Gürsel Tonbul qonaqları qəbul etmiş, çay masası arxasında fəaliyyətləri, çətinlikləri və uğur hekayəsini onlarla paylaşmış, dairəvi iqtisadiyyat-sıfır tullantı konsepti haqqında məlumat vermiş və iştirakçıların ünvanladığı sualları cavablandırmışdır.
Turun üçüncü günü "Bademler Doğal Yaşam Köyü" kooperativinə səfər baş tutmuşdur. İlk öncə iştirakçılar məsul şəxs tərəfindən müəssisənin ərazisi, təsərrüfatı və orda yerləşən emalatxana, ferma və qonaqlama evləri ilə tur vasitəsilə tanış edilmişdir. Daha sonra kooperativ rəhbərliyi iştirakçılarla görüşmüş, onlara aqrar/eko-turizm barədə, kooperativin tarixi, əhəmiyyəti və fəaliyyəti haqqında məlumat vermiş, onların suallarını cavablandırmış və azərbaycanlı sahibkarlarla gələcək müştərək iş imkanları barədə öz təklifini bildirmişdir. İştirakçılar arasından bəzi təsərrüfat sahibləri bu təklifə maraq göstərmiş və mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirmişlər.
Turun sonuncu günü isə "İsabey Bağ və Bağ Evleri" müəssisəsinə səfər təşkil olunmuşdur. Burda da iştirakçılar məsul şəxs tərəfindən qarşılanmış, müəssisənin fəaliyyəti, tarixi və ərazidə yerləşən xidməti məkanlarla tanış edilmişdir. Daha sonra müəssisənin istehsalı olan şərabların təqdimatı keçirilmiş və bir neçə şərab dadlarına baxılması üçün iştirakçılara təklif olunmuşdur. Sonda iştirakçılar həmin müəssisənin restoranında nahar etmiş, orda göstərilən xidmət və təamların dadı ilə bir müştəri kimi də tanış olmuşlar.
Təhsil turlarının səmərəliliyini artırmaq və əldə olunan biliklərin yerli fermerlər ilə paylaşmaq üçün Azərbaycana qayıtdıqdan sonra, AƏF konsorsium üzvləri üçün aqrar? eko-turizm üzrə təlimlər təşkil edəcək və təlimdə seçilmiş iştirakçılar topladıqları məlumatları bütün konsorsiumun üzvləri və digər iştirakçılar ilə dəyirmi masa müzakirəsində bölüşəcəklər.
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub