Neftin qiymətləri yenidən artmağa başladı

img

22-07-2021 [15:23]


Dünya neft bazarındakı qiymətlər riskli ovqatın dəstəyilə yenə artmağa başlayıb.

Bakı vaxtı ilə saat 13.12-yə olan vəziyyətə görə “Brent” markalı neftin sentyabr fyüçersləri 0,76 % bahalaşaraq 72,78 ABŞ dollarından, “WTI” markalı neftin sentyabr fyüçersləri də 0,84 % bahalaşaraq 70,89 ABŞ dollarından satılıb.

Qeyd edək ki, qiymətlər dünən 4,1-4,2 % artdıqdan sonra bu gün səhərki hərraclarda əks təsir nəticəsində 0,5 %z azalmışdı. Dünənki bahalaşma ABŞ-da ötən həftə neft ehtiyatlarına dair məlumatlarla bağlıdır. Belə ki, həftə ərzində 4,5 milyon barel azalacağı gözlənilən həmin ehtiyatlar birdən-birə 2,1 milyon barel artıb. Hasilat həcmi isə əvvəlki həftə olduğu 11,4 milyon barel səviyyəsində qalıb.

“COVID-19-un daha yoluxucu ştamı ilə bağlı makroiqtisadi gözləntilərin əksər hissəsinə bazarda diqqət yetirilmir. Hətta həftəlik rəqəmlərin zəifliyi belə neft qiymətlərinin davamlı artımına əngəl olmadı”, – deyə “Citi”nin eksperti Eduard Mors “WSJ”yə bildirib.

Bütövlükdə dünya bazarında üstün olan riskli ovqat fond bazarındakı artımlarla da təsdiq olunur. Belə ki, ABŞ-ın əsas fond indeksləri dünən 0,8-0,9 %, Asiya bazarlarındakılar 1,8 %, Avropada isə 0,2-0,8 % artıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA