Prezidentin qızının dostu Moskvada saxlanıldı

img

29-01-2014 [17:03]


Moskvanın Şeremetyeva aeroportunda 48 yaşlı Fransa vətəndaşı Erik Kokini saxlanılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxs Özbəkistanda iqtisadi cinayətlər törətməkdə ittiham olunur. Rusiya Xarici İşlər Nazirliyi həmin şəxsin saxlanılması ilə bağlı ötən gün məlumat yaysa da, onun adı mətbuata bu gün açıqlanıb. 


Erik Kokini axtarışda olduğu Özbəkistandan ölkə xaricinə qaçmağa cəhd edib. Erik Kokininin Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın biznesini quraraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu deyilir. O, Daşkəndə parmümeriya gətirirmiş.

Kokini 2011-ci ildə Fransa ilə Özbəkistan arasında iqtisadi-ticari əlaqələr qurulmasında göstəriyi xidmətə görə, mükafat da alıb.

Qeyd edək ki, son aylar Gülnarə Kərimovaya yaxın olan şəxslər saxlanılır. Prezident qızının Daşkənddə olan butiklərinin də bağlandığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA