Lənkəranda silahlı insident: qohumlarını qətlə yetirən şəxs keçmiş arvadını da öldürmək istəyib

img

25-06-2021 [12:48]


Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA