Bakı sakini sürücünü beşbarmaqla hədələyərək pulunu alıb

img

22-06-2021 [12:47]


Bakıda quldurluq hadisəsi baş verib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər veirr ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib 75 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR