Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb

img

27-01-2014 [11:03]


Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın məlumatına görə, mücahidlər həmin azərbaycanlının fotosunu yayıblar.

"Muhammmed” ləqəbli azərbaycanlının Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA