Qadını rüsvayçı məlumatla şantaj edən keçmiş məhkum həbs olundu

img

08-06-2021 [13:26]


Ağsuda qadını şantaj edərək byük məbləğdə pul alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayonu ərazisində Nüydü kənd sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov S.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etdiyi 13.000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA