Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

img

08-06-2021 [11:08]


Gürcüstanın Ozurgeti rayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, gecə saatlarında baş verən hadisə zamanı yanacaqdoldurma məntəqəsinə daxil olan şəxs odlu silahla təhdid edərək pul tələb edib.

Gürcüstan DİN soyğunu törətməkdə şübhəli bilinən şəxsin “isti izlər”lə saxlanıldığını və faktla bağlı cinayət işinin başladıldığını açıqlayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA