DEPUTAT VƏKİLLƏRLƏ MƏHKƏMƏ İCRAÇILARININ QARŞISINA BELƏ ÇIXDI: "Gedin, işinizlə məşğul olun" - Bakıda sensasiyalı məhkəmə işi + VİDEOLAR
07-06-2021 [19:23]
Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almaree Wael Sulaiman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb.
O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almaree Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...
“Millət vəkili azyaşlı övladımı evində gizlədir, onunla görüşməyimə imkan vermir”
İş adamı virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramin Həsənovun öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almaree Wael Sulaiman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramin Həsənov olduğunu deyib.
Britaniya əsilli moldovalı biznesmen 7 yaşlı qızı Malika ilə
Almaree Wael Sulaimanın dediklərindən belə məlum olub ki, idman zalında resepşın işləyən Hasan (Lungu) Nicolai Ecaterina ilə 2012-ci ildə Moldovada tanış olub, iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib.
Əcnəbi biznesmen deyir: “Ecaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm. Ecaterina qızım Malikanı mənə göstərmirdi. Malika mənim yeganə övladımdır, ondan başqa övladım yoxdur. Ayrılsaq da, Ecaterinanın bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm ”.
İş adamı deyir ki, Eceterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramin Həsənovla tanış olub. Bu barədə onun özü Almaree Wael Sulaimaniyə bildirib: “Ecaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Ecaterina hazırda interpolda axtarışdadır”.
Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarılmasını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almaree Malika atası Almaree Wael Sulaimanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.
Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət verilib
Almaree Wael Sulaimanın hüquqlarını müdafiə edən vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib ki, Moldova məhkəməsinin çıxardığı qətnamə tanınma üçün Azərbaycana yönəlib.
“Qanunvericiliyə uyğun olaraq xarici məhkəmə qətnaməsinin tanınmasını Ali Məhkəmə həyata keçirdiyi üçün iş Ali Məhkəməyə göndərildi. İş Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatında idi. Ali Məhkəmədə qətnaməni tanımadılar. Əsas olaraq göstərdilər ki, Ecaterinanın Azərbaycanda oturumu ləğv edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu verdik. Məlum oldu ki, məhkəmədən sonra Ecaterinanın müvəqqəti oturumu bərpa olunub, hansısa mənzildə qeydiyyatdadır. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik”,-vəkil bildirib.
“Mən atayam, övladımı görməyənə kimi Azərbaycandan heç yerə getməyəcəyəm”
Artıq üçüncü dəfədir ki, qızının arxasınca Azərbaycana gələn Almaree Wael Sulaiman yeganə istəyinin övladına qovuşmaq olduğunu deyir. Bildirir ki, ötən ilin sentyabrından bu yana qızını görə bilmir.
“Övladımı mənə göstərmirlər. Heç kimdən heç nə istəmirəm, tələb də etmirəm. Yalnız uşağımı görmək istəyirəm. Mən atayam, buna mənim haqqım var. Moldovadakı bütün işlərimi atıb qızımın dalınca buralara qədər gəlmişəm. Övladımı görməyincə, bu məsələ öz həllini tapmayınca Azərbaycandan heç yerə gedən deyiləm”,-o deyir.
Deputat Ramin Həsənov
Valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nəsimi rayon məhkəməsində qaldırılan iddia ərizəsi təmin olunduqdan sonra iş adamı icra nümayəndələri, hüquqlarını müdafiə edən vəkillər – Muxtar Mustafayev və Ənvər Əmirəliyevlə birgə övladının yaşadığı ünvana yollanıb. Mənzilin qapısını onların üzünə millət vəkili Ramin Həsənov açıb.
“Deyir, mən parlamentin üzvüyəm, iki günə məhkəmənin qərarını ləğv etdirərəm”
“Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etdik ki, bu mübahisəli məsələ həllini tapana qədər ata öz qızı ilə müvəqqəti görüşə bilsin. Hakim Cəmilə Musayeva ədalətli və düzgün qərar qəbul etdi, uşaqla atanın həftədə bir dəfə görüşməsinə dair qərar qəbul olundu. Ecaterinanın yaşadığı ünvanı dəqiqləşdirib oraya gəldik, bizi qapıda Ramin Həsənov qarşıladı. Əllərini belinə qoyub bizə dedi ki, belə bir hüququnuz yoxdur, bununla bağlı Ali Məhkəmənin qərarı var”- vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib.
Malika pəncərənin arxasından baxır...
Vəkil deyir ki, hətta Ali Məhkəmənin bununla bağlı qərarı olsa da belə, onun bu işə heç bir aidiyyatı yoxdur. Ali Məhkəmədə aparılan işdə uşağın himayə məsələsi həll olunur. Bu isə tamam ayrı bir işdir: “Biz Nəsimi rayon məhkəməsində ayrı iddia qaldırmışıq, uşaqla müvəqqəti görüş istəmişik. Bunu uşağın himayə məsələsi ilə qarışdırmaq olmaz. Təsəvvür edin, interpolda axtarışda olan adam millət vəkilinin xüsusi mülkiyyətindəki ünvanda qeydiyyatdadır. Bizdə olan məlumata görə Ecaterina ilə Ramin Həsənov rəsmi nikaha da giriblər. Amma deyir ki, bu evdə heç kim yoxdur. Məhkəmə qərarına birbaşa hörmətsizlik edir, “mən parlamentin üzvüyəm, iki günə Nəsimi rayon məhkəməsinin qərarını ləğv etdirərəm” deyir. Bu adam göz görə-görə, çəkinmədən vəzifə səlahiyyətlərini aşır”.
“Bu qədər də olmaz, hər şeyin bir həddi-hüdudu var”
Vəkil Ənvər Əmirəliyevin sözlərinə görə, bu məsələni Milli Məclisin deputatı özü ifrat dərəcəyə gətirib çıxarıb: “İcra məmurlarına deyir, siz kimsiniz mənim qapıma gəlmisiniz? İcra məmuru da Ecaterina və azyaşlı qızının onun evində yaşadığını bildirir. Ramin Həsənov cavab verir ki, tanımıram. Halbuki, uşaq da, anası da Ramin Həsənova məxsus mənzildə qeydiyyatdadırlar”.
Vəkil bildirir ki, R.Həsənova atanın öz övladı ilə görüşmək hüququnun olduğunu xatırladanda o, gah uşağın evdə olmadığını, gah haradasa gizlətdiyini deyib. Yəni deputat atanın övladını görməsinə heç cür imkan verməyib.
“Deyir, mən deputatam, gedin işinizlə məşğul olun. Bu qədər də olmaz axı, hər şeyin bir həddi-hüdudu var. Əlimizdə rəsmi icra qərarı ola-ola bizə qarşı bu cür münasibət göstərir. Deyir uşaq evdə yoxdur”,-Ə.Əmirəliyev deyir.
Vəkilin sözlərinə görə, binanın komendantı və təhlükəsizlik xidmətinin rəisi Ecaterina və qızı Almaree Malikanın həmin ünvanda yaşadığını təsdiq ediblər.
Övlad həsrəti ilə alışıb-yanan ata isə qızının pəncərədən ona əl işarələri ilə görüşə icazə vermədiklərini çatdıra bildiyini deyir...
İ.Rafiqqızı
Virtualaz.org
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)