Onlar əlil sayılmayacaq - ƏƏSMN rəsmisi detalları açıqladı
02-06-2021 [17:59]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi insan orqanizminin funksiyalarının 10-30 faiz itirilməsi hallarının əlillik sayılıb-sayılmayacağı məsələsinə aydınlıq gətirib.
Nazirliyin Əlillik siyasəti şöbəsinin əməkdaşı Nərmin Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, əlilliyin müəyyən olunması meyarları mövcud qanunvericiliyə görə, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə tənzimlənir:
“Bu qərarda yalnız I, II və III dərəcəli əlillikdən və 18 yaşına qədər uşaqların sağlamlığının məhdudluğundan danışılır. Hazırda I dərəcə əlillik hamıya müddətsiz verilir, II və III dərəcə əlilliklər həm 5 il müddətinə, bəzi tibbi göstəriş hallarında müddətsiz verilə bilir. 18 yaşına qədər uşaqlarda əlillik 3 il müddətinə, daha ağır hallarda isə 18 yaşına qədər təyin edilir.
2018-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun qəbul olunub. Bu qanunun qəbul olunmağına səbəb Azərbaycanın BMT-nin Əlillərin hüquqları haqqında konvensiyasını ratifikasiya etməsidir. Orada qanunvericiliyi həmin konvensiyaya uyğunlaşdırmaq öhdəliyi verilib. Bu istiqamətdə qanun layihəsi hazırlanıb və qəbul olunub. Qanun artıq tibbi modeldən bir az sosial modelə keçiddir. Qanunun tətbiqi barədə fərmanda qeyd edilib ki, beynəlxalq qabaqcıl təcrübə nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarları hazırlansın. Biz bir neçə ölkənin təcrübəsini, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartları nəzərə alaraq orqanizmin funksiyalarının itirilməsi faizinə əsaslanan əlilliyin müəyyən olunması meyarları layihəsini hazırlamışıq. Bu layihə hazırkı meyarlardan fərqli olaraq çox böyük sənəddir. Hazırki meyar 5-6 səhifədirsə, yeni layihə 120 səhifədir, burada xəstəliklər daha təfsilatlı qeyd edilib”.
N. Fətəliyeva deyib ki, indiki meyara görə, dizdən aşağı amputasiya olanda, istər topuqdan, istər pəncədən fərqi yoxdur, müddətsiz III dərəcə əlillik verilir: “Ancaq yeni meyarlarda amputasiyanın səviyyəsindən, protezləşməyə uyğun olub-olmamasından asılı olaraq müxtəlif faizlər müəyyənləşdiriləcək. İndiki III dərəcə əlillik 31-60 faiz, II dərəcə 60-81 faiz, I dərəcə isə 81-100 faiz kimi müəyyən olunacaq”.
Nazirliyin əməkdaşı qeyd edib ki, əlillik 31 faizdən yuxarı başlayır: “Orqanizmin funksiyalarının 10-30 faiz itirilməsi zamanı əlillik təyinatı aparılmır. Əlillik təyinatı aparılmadığı üçün burada əlillik üçün pensiya və ya müavinətdən də söhbət gedə bilməz. Əlilliyin müxtəlif səbəbləri var – ümumi səbəb, peşə xəstəliyi, işlə bağlı olan əmək zədəsi, Azərbaycanın ərazi bütövlüyünü qoruyan zaman yaranan əlillik və s. Yalnız peşə xəstəliliyi və əmək zədəsi olanda peşə-əmək qabiliyyətinin itirilməsi faizi müəyyən olunacaq. Peşə-əmək qabiliyyətinin itirilməsi faizi əsasında da həmin şəxsə iş yerindən hər ay maaşına əlavə kimi ödəniş olunacaq. Yəni bu, əlilliyə görə olan ödəniş deyil. 10-30 faiz meyarını hazırki 3 əlillik dərəcəsi kateqoriyasına aid etmək düzgün deyil. Bu şəxslər əlillik təyinatı aparılan yox, peşə qabiliyyətinin itirilməsi faizinin qiymətləndirilməsi üçün müraciət edən şəxslərdir. Həmin şəxs müraciət edəndə dövlət tibb müəssisəsi göndərişi rəsmiləşdirən zaman əlillik səbəbi üçün bölmələrdən peşə xəstəliyi-istehsalat zədəsini seçəcək. Bu zaman da peşə-əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndiriləcək, yəni bu zədənin həmin şəxsin əmək qabiliyyətini nə qədər məhdudlaşdırdığı müəyyən olunacaq. Dediyim kimi, bu şəxslərə əlillik təyinatı aparılmayacaq, əlilliklə bağlı hər hansı sosial ödəniş və ya pensiya ödənməyəcək”.
N. Fətəliyeva eyni zamanda əlavə edib ki, qanun layihəsinə hazırda Milli Məclisdə baxılır: “Milli Məclisdə təsdiqləndikdən sonra Nazirlər Kabinetinin qərarı ilə əlilliyin müəyyən olunması meyarları təsdiqlənəcək. Bu qanunun gələn ildən tətbiq olunması nəzərdə tutulub”.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)