Şəki sakinindən narkotik vasitə götürülüb

img

02-06-2021 [10:14]


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA