Bakıda şok olay: arvad ərinə 7, ər isə arvadına 8 bıçaq zərbəsi endirdi

img

30-05-2021 [09:46]


Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

Mia.az  xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR