“Delta Qrup C.O.” MMC-nin vəzifəli şəxsinə cinayət işi açılıb

img

22-05-2021 [11:09]


“Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Şirvan Şəhər Prokurorluğundan Mia.az-a verilən məlumata görə, bununla əlaqədar aparılan araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 9-dək olan dövr ərzində 84 müştəri üzrə aparılan mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR