Deputat çox "ağır fakt"la yaxalandı: arağı şəhid bulağında soyudurmuşlar - Deputatdan açıqlama + FOTOLAR (YENİLƏNİB)
18-05-2021 [23:05]
“Düz 28 il laçınlılar üçün 18 may hüzn günü olub. Bu illər ərzində böyüklü-kiçikli hamımız yurd həsrəti çəkmişik. Bu ilin 18 mayını sevinclə, qürurla qarşıladıq. Laçın işğaldan azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz düşməni Laçından rədd olmağa məcbur edib”.
Mia.az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında Millət vəkili Mahir Abbaszadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Televiziyası (AZTV) özünü ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb:
“Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. süfrəmizdə spirtli içki olmayıb: bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçini digər TV kanllarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox. Laçınlılar öz ata-baba ocaqlarına sevinclə qayıdırlar. Bu torpaq uğrunda şəhid olanlara ehtiramımız böyükdür”.
**
Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.
Bu barədə "Caliber.az" məlumat yayıb (https://caliber.az/post/deputat-ustroil-vecerinku-vozle-rodnika-nazvannogo-v-cest-sexida-foto-8758)
Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.
Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə də var.
Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha çirkinləşdirir.
Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.
Həmin görüntüləri təqdim edirik:
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)