Musleradan Terimə açıq mesaj: "Sən olmasan, mən də olmayacağam"

img

18-05-2021 [11:04]


Türkiyə "Qalatasaray"ının qapıçısı Fernando Muslera klubdan ayrıla bilər.

 "Fotomaç" xəbər verir ki, 36 yaşlı qolkiper Superliqanın XLII turunda "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş məşqçi Fatih Terimə müraciət edib.

68 yaşlı mütəxəssis matçın ardından futbolçularla vidalaşdığı vaxt uruqvaylı oyunçu təcrübəli mütəxəssisə "Sən olmasan, mən də olmayacağam" deyib.

Muslera növbəti günlərdə tərcüməçi vasitəsilə Fatih Terimlə yenidən əlaqə saxlayıb və klubdan ayrılmaq qərarının ciddi olub-olmadığını soruşub. Təcrübəli qolkiper Terimə onunla birlikdə işləmək üçün müqaviləsini yenilədiyini söyləyib. Qapıçı baş məşqçiyə "Klubdan ayrılacaqsınızsa, menecerimlə danışaraq, yeni klub tapmasını istəyəcəyəm" deyib.

Qeyd edək ki, "Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldə verib. Musleranın "sarı-qırmızılar"la müqaviləsi 2024-cü ilədək artırılıb. Fatih Terim isə komandadakı taleyi bəlli deyil/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:03 13.06.2021

Aleksandr Ata dəfn olunub