“WhatsApp”ın məxfilik sazişini qəbul etməyənlərin hesabları silinəcək? - MÜSAHİBƏ
17-05-2021 [18:00]
Smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi olan “WhatsApp” bu il yanvar ayının 10-ndan iki milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başladı və istifadəçilərə fevralın 8-ə dək yeni qaydaları qəbul etməyən smartfonlarda tətbiqin işləməyəcəyi bildirilib.
Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb oldu.
Mia.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC–nin kibertəhlükəsizlik üzrə təlimçisi, “Eurodesign” QSC-nin şəbəkə və təhlükəsizlik mühəndisi Ramil Baxşıyev Report-a a müsahibəsində yeni qərarın əhatə etdiyi məsələlərə aydınlıq gətirib.
- “WhatsApp”ın bu addımı digər mesajlaşma vasitələrinə necə təsir edib?
- Müddət 15 maya qədər uzadılandan sonra bir çox istifadəçilər digər messencerlərə, xüsusilə yaxın rəqiblər sayılan "Signal" və "Telegram"a qoşulmağa başladılar. "WhatsApp"ın yeni siyasəti adı çəkilən messencerlərin sürətlə yayılmasına təkan oldu.
“WhatsApp” isə öz rəsmi səhifəsində belə bir yazı paylaşdı:
"Son bir neçə həftə ərzində "WhatsApp"da yeniləmə haqqında daha çox məlumat verən bir bildiriş nümayiş etdirdik. Hər kəsə nəzərdən keçirmək üçün vaxt verdikdən sonra, imkanı olmayanları nəzərdən keçirməyi və qəbul etməyi xatırlatmağa davam edirik. Bir neçə həftəlik bir müddətdən sonra insanların aldığı xatırlatma nəhayət davamlı olacaq".
Qeyd edim ki, 15 may 2021-ci il "WhatsApp"ın məxfilik siyasətini qəbul edib etməməsinə qərar vermək üçün son tarix kimi qərara alınıb.
- "WhatsApp"ın yeni gizlilik siyasətini qəbul etmədikdə nə baş verə bilər?
- "Facebook"a məxsus platforma, yeni təlimatları qəbul etməkdən imtina edənlər üçün heç bir hesabın silinməyəcəyini açıqladı. Bununla belə, "WhatsApp" "bu, bütün istifadəçilər üçün eyni anda olmayacaq" deyərək məsələyə aydınlıq gətirsə də, aşağıdakı funksiyalarını məhdudlaşdıracaq:
Zənglər və bildirişlər ala və mesajlara cavab verə bilsəniz də, bir neçə həftə sonra bu funksiyalara sahib olmayacaqsınız. Bu müddət ərzində tətbiq “WhatsApp”dan tam istifadə etmək istəyirsinizsə yeni məxfilik şərtlərini qəbul etməyin vacib olduğunu xatırlatmağa davam edəcək.
- Yeni siyasəti qəbul etmədikdə istifadəçi öz “WhatsApp” hesabını itirirmi?
- "WhatsApp"ın siyasətində deyilir ki, aktiv olmayan istifadəçi hesabları "ümumiyyətlə 120 günlük aktivlik olmadıqdan sonra silinir".
Xüsusi vurğulamaq lazımdır ki, "WhatsApp" şəxsi və biznes hesablarını təqdim edir. Məlumatın ötürülməsi və onun sonra marketinq məqsədləri üçün istifadəsi xüsusilə biznes hesablarına hədəflənib. Məlumatın kənara sızacağı isə ən çox adi hesabları olanlarda ajiotaj yaratdı. Bununla belə, ehtiyat edən insanların əksəriyyəti "WhatsApp" istifadəsinə davam etməkdədir.
- “WhatsApp” yaxud digər messencer istifadə edən şəxslər nələrə diqqət etməlidir? Məlumat sızıntısının qarşısını almaq olarmı?
- Qeyd etmək istərdim ki, xüsusi həssas məlumatların ötürülməsi istər şirkət, istərsə də fiziki şəxslər tərəfindən müəyyən kriteriyalar əsasında seçilmiş tətbiqlər və rabitə üsulları vasitəsilə həyata keçirilir.
Rabitə üsulları daxili (in band) və xarici (out of band) olmaqla əsas iki hissəyə ayrılır. Xüsusi həssas məlumatların messencerlər vasitəsilə ötürülməsi risk faktoru sayılır. Ötürülən məlumatlarda bizim kimliyimizi təyin edən məlumatlar (PII – şəxsiyyət və sürücülük vəsiqəsi, ad, soyad, ünvan və s.), maliyyə (bank kartları, hesab nömrələri və bitmə tarixi, CVV, PIN, vergi bəyannaməyələri, ödənişlər, hesabatlar və s.), sağlamlıq (PHI - test nəticələri, tibbi sığorta kartları və xəstəlik tarixçəsi kimi), dövlət və hərbi sirləri daşıyan, ərazinin koordinatlarını müəyyən edən taglardan istifadə etmək, şifrə və uzaqdan qoşulma üsullarını göndərmək tövsiyə edilmir.
Məlumatların qorunması xüsusi tənzimləmələr vasitəsilə həyata keçirilir. Şirkət məlumatların qorunması “bəyan etməmək barədə razılıq” (NDA – Non Disclosure Agreement), sağlamlıq məlumatları HIPAA, ödəniş sistemlərinin məlumatlarının qorunması PCI DSS vasitəsilə tənzimlənir.
Məlumat sahibləri fərdi məlumatların toplanmasına və işlənməsinə təsir göstərən hər hansı bir qanuni və ya tənzimləyici məsələlərdən xəbərdar olmalıdırlar. Avropa İttifaqının Ümumi Məlumat Qoruma Tənzimlənməsi (GDPR) kimi qaydalarla təsdiq edilmiş məxfilik hüququna əsasən, şəxsi məlumatlar (PII) şəxsin məlumatlı razılığı olmadan toplana, işlənə və ya saxlanıla bilməz.
İstər "WhatsApp", istərsə də digər tətbiqlərdə üzərindən laqeydliklə keçdiyimiz bir çox siyasət və qaydalar məlumatların toplanması və onların istifadəsi haqqında istifadəçilərin razılığını alır. Biz sadəcə hansı məlumatların, hara və nə məqsədlə göndərildiyinə diqqətlə yanaşmalıyıq. Tək məxfilik deyil, elektron sağlamlıq barədə də bilgilərə sahib olmalıyıq.
Hal-hazırda bəzi məlumatlara görə 10-12, digərlərinə görə hər 4 ildən bir məlumatların iki dəfə artması müşahidə edilir. Bu məlumatların hamısı olmasa da, bir çoxu müəyyən məqsədlər üçün istifadə edilərək gəlir mənbəyi rolunu oynayır. Məşhur aforizmdə deyildiyi kimi: “məlumata sahib olan dünyaya sahibdir”.
Hansı messencerdən istifadə etmək deyil, necə istifadə etməyimiz önəmlidir.
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)