Ərdoğanla Putin Fələstini müzakirə ediblər  

img

12-05-2021 [14:30]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı dövlət başçıları Fələstindəki vəziyyəti müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının Fələstindəki böhran daha da böyümədən məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

İki ölkə lideri həmçinin Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükünü müzakirə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR