“Beşiktaş” və “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi, daha iki komanda isə superliqanı tərk etdi 

img

11-05-2021 [23:39]


Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, lider “Beşiktaş” doğma meydanında “Fatih Karagümrük”ə məğlub olub -1:2.

İkinci yerin sahibi “Fənərbaxça” da“Sivasspor”a uduzub  – 1:2.

“Dənizlispor”un qonağı olan “Qalatasaray” qalib gələrək, liderlə xal fərqini bərabərləşdirib - 1:4

Bu nəticələrdən sonra turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyan “Qalatasaray” 81 xalda qalan lider “Beşiktaş”la fərqi aradan qaldırıb. Onlardan 2 xal geri qalan “Fənərbaxça” 3-cü yerə yuvarlanıb.

Bundan başqa, “Dənizlispor”un ardından “Ərzurumspor” və “Ankaragücü”nün də elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, Super Liqada son turun oyunları mayın 15-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR