AVRO-2021: Azərbaycan millisi uduzub

img

07-05-2021 [17:38]


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Məlumata görə, komanda F qrupundakı ilk oyununu Monteneqro seçməsinə qarşı keçirib. Gürcüstanın paytaxtı Tbilisidə baş tutmuş görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk set Monteneqronun 25:23 hesablı qələbəsi ilə bitib. İkinci setdə 25:21 hesabı ilə məğlub olan yığma yeganə qələbəsini üçüncü setdə əldə edib - 25:21. Dördüncü set Monteneqronun xeyrinə başa çatıb - 25:15.

Qrupda ilk turun digər qarşılaşmasında Gürcüstan Yunanıstanla görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA