“Azerblast”a yeni direktor təyin olunub

img

03-05-2021 [15:15]


AzerGold” QSC-nin ötən ay “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib.

Mia.az xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Bu vəsaitin 2,04 milyon manatını və yaxud 51%-ni “AzerGold”, 1,96 milyon manatını və yaxud 49%-ni isə “DM Servis” qoyub.

“Azerblast”ın direktoru isə Rizvan Həmid oğlu Baxşıyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR