Rusiya Gürcüstanı dost olmayan ölkələr siyahısına daxil edib

img

27-04-2021 [12:58]


Rusiyaya dost olmayan ölkələrin siyahısında Gürcüstan da yer alıb.

Bu barədə məlumatı Kremlə yaxın olan jurnalist Dmitri Smirnov Telegram kanalında yayıb.

O bildirib ki, siyahıda Gürcüstanla yanaşı Litva, Latviya, Estoniya, Ukrayna, Polşa, Böyük Britaniya da var.

Jurnalist qeyd edib ki, ABŞ və Çexiya da dost olmayan ölkələr sırasına daxil olunacaq.

Xatırladaq ki, aprelin 24-də Rusiya prezidenti Vladimir Putin hökumətə ölkəyə dost olmayan dövlətlərin siyahısını hazırlamağı tapşırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR