PENTAQON BAYDENİN QƏRARINI DƏSTƏKLƏMƏDİ: "Türkiyə bizim NATO üzrə müttəfiqimizdir və..."

img

27-04-2021 [10:59]


“ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı ABŞ və Türkiyə arasındakı hərbi münasibətlərə təsir göstərməməlidir”.

Bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

“Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişiklik gözləmirik. Türkiyə bizim NATO üzrə müttəfiqimizdir. Prezidentin ötən həftə sonu verdiyi bəyanatın hər hansı bir şəkildə münasibətlərimizə təsir edəcəyini gözləmirik”, mətbuat katibi əlavə edib

Kirbi, ABŞ-Türkiyə hərbi əlaqələrinin daha da güclənəcəyinə ümid etdiyini söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR