Meyxanaçılar cərimələniblər

img

26-04-2021 [11:22]


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA