Somalidə üsyançılar paytaxta girdi - Prezidentə sadiq qüvvələrlə atışma gedir

img

25-04-2021 [16:29]


Somali Silahlı Qüvvələrinin üsyançı bölmələri bu gün paytaxt Moqadişonun şimal bölgələrinə girib.

Bu barədə “Somali Guardian” xəbər portalı məlumat verib.

Portalın məlumatına görə, müxalifətlə əlaqəli qoşunlar indi Karan, Yakşid və Xeliva bölgələrindədir. Üsyançıların Moqadişoda yaxın bir neçə saat ərzində prezident sarayına doğru hərəkət etməyə başlayacaqlarını istisna etmirlər.

“Somali Guardian” qeyd edir ki, paytaxta girən üsyançılar onlarla ordu texnikasından ibarət konvoyda hərəkət edirlər.

Bu arada, Dalsan radiostansiyası Moqadişonun şimalında, Fagah qovşağının yaxınlığında, üsyançılar ilə ölkə prezidenti Məhəmməd Abdullahi Məhəmmədə sadiq qalan birliklər arasında atışmanın başladığını bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR