İstefaya gedən spikerə yeni vəzifə verilib

img

24-04-2021 [17:00]


Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR