TÜRK ORDUSU İRAQA GİRDİ: xüsusi təyinatlılar bombalamadan sonra əməliyyata start verdi - Ərdoğandan xəbərdarlıq + FOTO

img

24-04-2021 [17:30]


Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı geniş miqyaslı yeni əməliyyata başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə hava zərbələri endirilib və eyni anda xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına start veriblər: "Onlara helikopter və PUA-larla dəstək verilir".

Məlumata görə, nazir Hulusi Akar, Baş qərargah rəisi  Yaşar Güler və digər komandirlər əməliyyatı yaradılan idarəetmə mərkəzindən izləyirlər.

Əməliyyatla bağlı açıqlama verən türkiyə prezidenti Ərdoğan deyib ki, ölkəsinin cənubundakı terror ordusunu məhv etmək, belə terror təhdidlərini aradan qaldırmaqdır: "Bu qatil sürülülərinin kökünü qazmayana qədər durmayacağıq".

***

Türkiyə MN Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı və Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi anti-terror əməliyyatı ilə bağlı yeni məlumat yayıb.

Bildirilib ki, əməliyyatla PKK terror qruplaşmasının qollarından biri - qırmız xətlə axtarılan Dalokay Şanlı məhv edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR