Polis məhkəmə sədrini saxlayıb? - DİN-dən yayılan xəbərlərə reaksiya

img

23-04-2021 [15:19]


Daxili İşlər Nazirliyi (DİN) Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, iddialar əsassızdır.

“Bəzi xəbər saytlarında Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması barədə dərc olunan yazı həqiqətə uyğun deyil”, - E.Qasımov qeyd edib.

Xatırladaq ki, mətbuatda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri N.Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılıb, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi, daha sonra barəsində inzibati tənbeh tədbiri görülməyərək sərbəst buraxılması ilə bağlı məlumatlar yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA