Tibb bacısı zorlandı

img

08-01-2014 [12:51]


Türkiyədə xəstəxanaların birində həkim tibb bacısını zorlayıb. Demokratiya.info Türkiyə mətbuatına istenadən verdiyi məlumata görə, Rəcəb Tayyip Ərdoğan Universitetinin təhsil və araşdırmalar xəstəxanasının həkimi, 30 yaşlı Y.Y. tabeliyində olan tibb bacısı 35 yaşlı A.D.-ni otağında zorlayıb 

Hadisə gecə növbəsi zamanı baş verib. Həkim tibb bacısının otağına irib və ona qəfl hücum edib. Qadının əllərini tutub və onu zorlayıb. Daha sonra heç nə olmamış kimi otağına qayıdıb. Zorlanan tibb bacısı dərhal ekspertizaya gedərək təcavüzə uğraması barədə arayış alıb.

Daha sonra polisə gedərək olanları danışıb. Polis cinayətkar həkimi yaxalayıb və məhkəməyə təhvil verib. Məhkəmə zamanı dövlət ittihamçısı həkimə 12 il cəza verilməsini istəyib. Məhkəmə yanvarın 15-nə qədər təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA