UEFA İcraiyyə Komitəsinə yenidən türk üzv seçildi

img

20-04-2021 [15:27]


İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində İcraiyyə Komitəsi (İK) üzvlüyünə seçkilər keçirilib.

Məlumata görə, Türkiyə Futbol Federasiyasının I vitse-prezidenti Servet Yardımcı yenidən UEFA İK üzvü seçilib. 55 milli assosiasiyadan 47-si onun lehinə səs verib.

Yardımcıdan əlavə, Zbiqnev Bonek (Polşa), Aleksandr Dükov (Rusiya), Devid Gill (İngiltərə), Qabriele Qravina (İtaliya), Rayner Kox (Almaniya), Karl-Erik Nilsson (İsveç) və Yust Şpeeyə (Niderland) də növbəti müddət üçün etimad göstərilib.

Qeyd edək ki, Konqresdə AFFA adından icraçı vitse-prezident Elxan Məmmədov səs verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA